ABŞ Qətərə “Reaper” PUA-larını satacaq?| Doha 2022-ci il Dünya Kubokuna hazırlaşır
“Wall Street Journal” nəşri yazır ki, ABŞ Dövlət Departamenti hələ də Qətərin tələbi istiqamətində addım atmayıb. Amerika rəsmiləri isə satışın niyə təsdiqlənmədiyini izah etmirlər.
Qətər rəsmiləri ABŞ-dan almaq istədikləri PUA-lardan terror fəaliyyətlərinin qarşısını almaq, böyük təbii qaz yataqlarını izləmək və digər bölgələrdə terrorçuların bölgədəki təhdidlərini izləmək üçün istifadə edəcəklərini bildirirlər.
Doha 2022-ci il Dünya Kubokuna da ev sahibliyi edəcəyi üçün havadan müşahidə fəaliyyətlərini vacib hesab edir.
Qətərin tələb etdiyi dörd PUA-nın ümumi dəyəri 600 milyon dollar yaxındır. Qətər və ABŞ rəsmilərinin fikrincə, “Reaper” satışının reallaşması Qətərin bölgədəki müdafiə qabiliyyətini əhəmiyyətli dərəcədə artıracaq.
ABŞ rəsmiləri və müdafiə ekspertləri deyirlər ki, bu, ABŞ-a İrandan gələn təhdidlərin qarşısını almağa kömək edə bilər. Qətər, həmçinin F-35 döyüş təyyarələri almaq istəyir, lakin hələlik cavab almayıb.
ABŞ Dövlət Departamenti başqa bir Körfəz ölkəsi olan BƏƏ-nin “Reaper” tələbini təsdiqləmişdi. Bu vəziyyət Qətəri hiddətləndirib, çünki Qətər ABŞ-a, xüsusən də Əfqanıstanda böyük yardım edib.
Qətər hökumət rəsmisi vəziyyəti belə izah edir: “Bizim tərəfimizdən məyusluq ondan ibarətdir ki, tələbimizdə niyə gecikmə olduğuna dair heç bir aydın göstərici yoxdur. Əfqanıstandakı son təxliyə əməliyyatları sübut edir ki, Qətər təhlükəsizlik və sabitlik üçün müttəfiqlərini dəstəkləməyə hər zaman hazırdır”.
Qətər Əmiri Şeyx Təmim ilə ABŞ prezidenti Bayden arasında gələn ay keçirilməsi planlaşdırılan görüşdə “Reaper” PUA-larının satışının müzakirə ediləcəyi gözlənilir. Məsələ iki liderin gündəmində birinci yerdə olacaq.
ABŞ və Qətər arasında münasibətlər sağlam görünsə də, ABŞ rəsmiləri Qətərin “Müsəlman Qardaşları”, HƏMAS və Türkiyə ilə əlaqələrindən narahatdırlar.
Xarici siyasət ekspertləri, eləcə də bəzi ABŞ və Qətər rəsmiləri ABŞ-ın Yaxın Şərqdən çıxması ilə Körfəz ölkələrinin Çinə qarşı Hind-Sakit okean regionunda mühüm rol oynayacağını düşünürlər.
Qətər ABŞ-ın regiondakı ən böyük aviabazasına ev sahibliyi edir. ABŞ bölgədəki əməliyyatlarda Əl-Udeid aviabazasından çox fəal istifadə edir. Əslində bu aviabaza bölgədəki əməliyyatlarda “sinir mərkəzi”dir.
Çinin Yaxın Şərqdəki fəaliyyəti ABŞ rəsmilərini narahat edir. Qətər Çinin 2018-ci ildə təklif etdiyi təhlükəsizlik sahəsində əməkdaşlıq sazişini rədd edib. ABŞ-ın bölgədəki digər müttəfiqi olan BƏƏ isə getdikcə Çinə yaxınlaşır.
WSJ-nin may ayında dərc etdiyi hesabata görə, Amerika kəşfiyyat orqanları Çin ordusuna aid yük təyyarələrinin BƏƏ-dəki hava limanına naməlum materialları daşıdığını bildirib. BƏƏ və Çin arasında artan münasibətlər Bayden administrasiyasını narahat edir. Bu, əlbəttə ki, BƏƏ-yə silah satışında özünü göstərir.
Bayden administrasiyası F-35 və “Reaper”i BƏƏ-yə satmağa davam etmək qərarına gəlsə də, hələ təslim etmək üçün uzun zaman var. ABŞ rəsmiləri vurğulayırlar ki, onlar “təslimdən əvvəl, çatdırılma zamanı və sonra BƏƏ-nin öhdəliklərini və hərəkətlərini aydın şəkildə başa düşmək üçün” araşdırmalarını davam etdirəcəklər.
ABŞ-ın MQ-9B “Reaper” satmağa razı olduğu digər ölkələrə Böyük Britaniya, Avstraliya və Belçika daxildir.
Səudiyyə Ərəbistanından sonra xarici hərbi satış proqramı vasitəsilə ABŞ-dan ən çox hərbi məhsul alan ölkə Qətərdir. Qətərin 26 milyard dollardan çox alış təklifi var. Bu məhsullar arasında inteqrasiya olunmuş hava və raket əleyhinə müdafiə sistemləri, radarlar və F-15 döyüş təyyarələrinin ən təkmil versiyası, Qətər üçün xüsusi olaraq hazırlanmış F-15QA “Ebabil” döyüş təyyarələri var.
Oxşar məqalələr
-
Ölü quşlar PUA-larla birləşdirilir – Mumiyalaşdırılmış quş parçaları nə dərəcədə effektivdir?
-
Müharibə inkişaf edir, konseptuallaşır: PUA sürüləri ən öldürücüdür
-
Kommersiya tipli GNSS, infraqırmızı, anti-radiasiya, görüntü ötürmə qabiliyyətinin yoxluğu – Bunların hamısı “Şahed-136”ya məxsusdur
-
SEPAH-dan PUA alınması xarici terror təşkilatına sponsorluqdur? – Buna ABŞ qiymət verməlidir
-
Ukrayna döyüş əməliyyatları teatrından 7 PUA DƏRSİ
-
Rusiya-Ukrayna müharibəsində tətbiq edilən PUA-lar – ARAŞDIRMA
-
Terrorçuların kabusuna çevrilən İnsansız Sistemlər
-
İstənilən döyüş əməliyyatları teatrı üçün təhlükəli PUA: Ukraynada “Bayraktar TB-2”lərin tətbiqi (ANALİZ)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı